Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Oktyabrda dünyada 1,9 milyon elektrikli avtomobil satılıb - BBN

Oktyabrda dünyada 1,9 milyon elektrikli avtomobil satılıb

2025-ci ilin oktyabr ayında dünyada tam elektriklə işləyən avtomobillərinelektrik şəbəkəsinə qoşulan hibridlərin satış həcmi 1,9 milyon ədəd təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23% artım deməkdir.

Avropada elektromobil satışları 36% artaraq 372 min ədədə çatıb. Ən çox satış Almaniya, FransaBöyük Britaniyada qeydə alınıb. Çində isə satışlar 1,3 milyon elektromobilə yüksəlib.

Bununla yanaşı, Şimali Amerikada satışlar 41% azalıb100 min ədəd təşkil edib. Bu enişin əsas səbəbi ABŞ-də 30 sentyabrdan etibarən yeni elektromobillər üçün tətbiq olunan 7,5 min dollarlıq vergi güzəştinin ləğv edilməsi olub.

Avropa, ABŞ və Çin bazarları istisna olmaqla, dünyanın digər regionlarında satışlar 37% artaraq 141 mindən çox elektromobilə çatıb.

“Rho Motion” mütəxəssisləri ilin sonuna qədər həm Avropa, həm də Çin bazarlarında güclü satış artımı proqnozlaşdırırlar.

Related posts

ADB: Neftin bir barelinin qiyməti ən pis ssenaridə 155 dollara qədər arta bilər

ADB: “Azərbaycanda inflyasiya mülayim olaraq qalır”

Bankın adının yuxarı şikayət indeksində olması onun bağlanacağı deməkdir?

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı