Ölkə üzrə 99 619 ton pambıq tədarük olunub

Oktyabrın 18-dək pambıq qəbulu məntəqələrinə ölkə üzrə 99 min 619,50 ton məhsul təhvil verilib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən bir gündə 3140,53 ton pambıq tədarük olunub.

Qeyd edək ki, ölkə üzrə cari ildə ötən illə müqayisədə 2,7 dəfə çox – 136 min 413,2 hektar çiyid səpilib. Bu il ən çox pambıq Saatlı, İmişli, Sabirabad, Biləsuvar və Neftçalada əkilib.

Xatırladaq ki, 2016-cı ildə, ümumilikdə, 88 min 596 ton pambıq tədarük olunmuşdu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır