Yanvar-may ayları ərzində ölkənin ixracı 17% artıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin iyun sayı təqdim olunub. İcmalın bu sayında  göstərilir ki, 2019-cu ilin yanvar-may ayları ərzində Azərbaycan Respublikasının ixracı 8,6 milyard ABŞ dolları təşkil edib və ötən ilin müvafiq dövrünə nisbətən 1,3 milyard ABŞ dolları və ya 17 faiz  artıb. Bu müddətdə qeyri-neft sektoru üzrə isə 787 milyon ABŞ dolları dəyərində ixrac reallaşdırılıb.

2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-may ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 119 milyon ABŞ dolları və ya 18 faiz  artıb. Bu ilin ilk beş ayı ərzində Rusiyaya 261,2 milyon, Türkiyəyə 180,8 milyon, Gürcüstana 76,9 milyon, İsveçrəyə 52,9 milyon və İtaliyaya 28,6  milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır