Bu ilin mart ayının əvvəlinə Azərbaycan bankları 886.7 milyon manat faiz gəlirləri əldə ediblər.
BBN.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 134.1 milyon manat və ya 17.8% çoxdur.
Qeyd edək ki, bankların faiz gəlirlərinin məbləği ötən ilin mart ayının əvvəlinə 752.6 milyon manata bərabər olub.