Ölkə səviyyəsində keçirilən sığorta maarifləndirilməsi layihəsinin ilkin mərhələsi başa çatmışdır

Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu arasında imzalanmış “Sığorta savadlılığının artırılması, maarifləndirmə, təbliğat və qarşısıalınma tədbirlərinin sistemli və ardıcıl həyata keçirilməsinə dair qarşılılıqlı əməkdaşlıq haqqında” Memorandum çərçivəsində ölkə səviyyəsində təşkil olunmuş təbliğat və maarifləndirmə layihəsinin birinci mərhələsi uğurla başa çatmışdır.

İlkin mərhələdə ölkədə fəaliyyət göstərən kütləvi informasiya vasitələri və sosial media kanalları vasitəsilə aparılan maarifləndirmə kampaniyasında əhalidə və biznes dairələrində sığorta sahəsində risk mədəniyyətinin inkişaf etdirilməsi başlıca prioritet olmuşdur.

Layihə çərçivəsində radio və televiziya kanallarında 60-dan çox maarifləndirici verilişlər təşkil olunmuş, yazılı mediada isə 90-a yaxın reportaj və xəbərlər dərc olunmuşdur. Sığorta sahəsində çox sayda müxtəlif məzmunlu maarifləndirici və təbliğat materialları hazırlanaraq effektiv media kanalları vasitəsilə geniş əhatədə yayımlanması təmin olunmuşdur. Şəhərin mərkəzi nöqtələrində yerləşdirilən skroller, tumba, həştaq kimi çöl reklamlarından istifadə olunmuş, avtobuslarda, taksilərdə və yaşayış binalarının liftlərində reklamlar yerləşdirilmişdir.

Nəticədə əhali və biznes dairələrinə onların üzləşdiyi risklər, risklərin yarada bilələcəyi itkilərin qarşısının alınmasında sığortanın faydasına dair marifləndirici mesajlar verilmişdir. Kommunikasiya materialları təxminən 4 milyon baxış əldə etmişdir.

Layihə çərçivəsində görülən işlər sığorta bazarının artım templərində də özünü göstərməyə başlamışdır. 2021-ci ilin yekunlarına əsasən sığorta haqlarının həcmi əvvəlki illə müqayisədə 16% artmışdır.

Sığorta savadlılığının artırılması layihəsi növbəti ildə də davam etdiriləcək, əhaliyə sığorta sinifləri ilə bağlı maarifləndirici məlumatlar ötürüləcəkdir.

Related posts

Aqrar Sığorta Fondunun əhatə etdiyi əkin sahələri genişlənir, müstəqil ekspertlərin sayı artırılır

AMB sığorta sektorunun cari ilin yanvar-iyul aylarına dair statistikasını açıqlayıb – Foto

AMB daha bir şirkətə sığorta agenti fəaliyyəti üçün lisenziya verib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı