Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Ölkədə informasiya infrastrukturunun rəqəmsallaşma səviyyəsinin diaqnostikası üçün yeni qaydalar təsdiq edilib - BBN

Ölkədə informasiya infrastrukturunun rəqəmsallaşma səviyyəsinin diaqnostikası üçün yeni qaydalar təsdiq edilib

Azərbaycan Respublikasının Baş naziri tərəfindən “Ölkə səviyyəsində informasiya infrastrukturunun rəqəmsallaşma səviyyəsinin diaqnostikasının həyata keçirilməsi Qaydaları” təsdiq edilib. Qaydalar Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyasının həyata keçirilməsi çərçivəsində, Prezidentin 2025-ci il 16 yanvar tarixli 287 nömrəli Fərmanının 3.5-ci bəndinin icrası məqsədilə hazırlanıb.

Yeni qaydalar çərçivəsində dövlət qurumlarında rəqəmsallaşma səviyyəsi üzrə illik diaqnostika aparılacaq, biznes subyektləri üçün isə könüllü diaqnostika sistemi tətbiq olunacaq. Diaqnostika prosesinin yekununda hər bir iştirakçı üçün rəqəmsal yetkinlik səviyyəsi müəyyən ediləcək, inkişaf tədbirləri planı hazırlanacaq.

Qiymətləndirmə nəticələrinə əsasən dövlət qurumları “İlkin”, “İdarə olunan”, “Müəyyən edilmiş” və “Optimallaşdırılan” səviyyələrinə, biznes subyektləri isə “Rəqəmsal həvəskar”, “Rəqəmsal təşəbbüskar”, “Rəqəmsal tətbiqçi” və “Rəqəmsal qalib” səviyyələrinə görə təsnif ediləcək.

Dövlət qurumlarının diaqnostika nəticələri Azərbaycan Respublikasının Prezidentinə təqdim olunacaq. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi isə həm dövlət, həm də özəl sektorda rəqəmsallaşmanın sürətləndirilməsi üçün metodiki və əməli dəstək göstərəcək.

Qaydaların qəbul edilməsi rəqəmsal transformasiyanın ölçülə bilən göstəricilər əsasında idarə olunmasını təmin edir və resursların səmərəli bölgüsü baxımından ölkənin rəqəmsal gələcəyinə doğru atılmış önəmli addım hesab olunur.

Related posts

AMB sədri İSB-yə texnoloji infrastrukturun genişləndirilməsini tövsiyə edib

Azərbaycanda nağd dollar satışı azalıb

Azərbaycan neftinin qiyməti 88 dollara yaxınlaşıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı