Ölkəmizdə yaradıcı sənaye geniş biznes potensialına malikdir

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının İdarə Heyətinin sədri Vasif Eyvazzadə və federasiyanın üzvləri ilə görüşüb. 

Görüşdə qeyd edilib ki, iqtisadiyyat, mədəniyyət, qabaqcıl texnologiya və innovasiyaları özündə birləşdirən yaradıcı və mədəniyyət sənayeləri dünyada dinamik inkişaf edir. Ədəbiyyat, dizayn, musiqi və teatr, memarlıq, moda və təsviri sənət, film, video və foto sənəti, reklam və s. kimi sahələrdən ibarət olan yaradıcı sənaye həm də biznes sahəsidir. Azərbaycanda da bu sahənin inkişafı və biznes imkanları genişdir.   

Görüşdə ölkəmizdə yaradıcı sənayenin inkişaf etdirilməsi, kreativ və mədəniyyət biznesinin dəstəklənməsi, bu sahədə təşkilatlanma, yaradıcı şəxslərin və biznes subyektlərinin sənayenin bu sahəsində daha geniş təmsil olunması, müvafiq sektorda dövlət və özəl sektor arasında əlaqələrin inkişafı məsələləri müzakirə edilib. Federasiya müvafiq sahədə KOBİA ilə əməkdaşlıq çərçivəsində yaradıcı sənayelər üzrə təlim proqramı və biznes forumun təşkilini, müxtəlif layihələrin həyata keçirilməsini təklif edib.

Related posts

Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı