Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Onlayn imzalayıcı” proqram təminatı yeniləndi - BBN

“Onlayn imzalayıcı” proqram təminatı yeniləndi

“Onlayn imzalayıcı” proqram təminatının təhlükəsizlik sertifikatı yenilənib. Bununla əlaqədar olaraq elektron imza istifadəçiləri cari il 20 aprel tarixindən yeni “Onlayn imzalayıcı” yükləyərək quraşdırmalıdır.

Yeni proqram təminatı yazılmadan öncə köhnəsinin silinməsi tələb olunur.

Proqram təminatının silinməsi və yenisinin yüklənməsi qaydaları “www.e-imza.az” portalında yerləşdirilib.

İstifadəçilər adıçəkilən portala buradan daxil olmaqla yeni proqramı yükləyə bilərlər.

Hər hansı texniki problem yarandıqda müvafiq təlimata uyğun ardıcıllıqla prosesin icrasını təmin etmək olar.

Qeyd edək ki, yeni proqram təminatı quraşdırılmadığı halda elektron imza ilə onlayn imzalama mümkün olmayacaq.

Xatırladaq ki, Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən təqdim edilən e-imza sertifikatının etibarlılıq müddəti 3 il təşkil edir.

Related posts

Maliyyə naziri Sahil Babayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

“ASAN xidmət indeksi”nə və “ASAN müraciət”ə dair nəticələr açıqlanıb

Yelo Bank-da ilk “Yelo İnvestisiya Paneli” keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı