OPEC+ oktyabrdan etibarən hasilatı əvvəlki plana nisbətən daha yavaş tempdə artıracaq. Qərara görə gündəlik hasilat artımı 137 min barel ilə məhdudlaşdırılır.
Bu addım zəif tələbat risklərini nəzərə alaraq bazarı sabit saxlamaq məqsədi daşıyır. Xəbərin yayıldığı gün Brent markalı neftin qiyməti 1,4% artaraq 84 dollar/barel səviyyəsinə yüksəlib.