Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
OPEC: “Neftin qiymətləri yüksək qalmağa davam edəcək” - BBN

OPEC: “Neftin qiymətləri yüksək qalmağa davam edəcək”

“Tələb artdığından dolayı neftin qiymətləri yüksək qalmağa davam edəcək”. 

BBN.az BBC Business-ə istinadən xəbər verir ki, bu haqda OPEC+ ölkələrin (təşkilatın) Baş katibi bildirib. Haitham Al Ghais BBC-yə deyib ki, “gündəlik tələbin 2.4 milyon barrel artacağını görürük”. 

Səudiyyə Ərəbistanı isə qeyd edib ki, onlar qiymətləri yüksəltmək üçün gündəlik istehsalı 1 milyon barrel azalda bilərlər. OPEC+ neft ixrac edən 23 ölkədən təşkil edilib və onlar dünya bazarında xam neftin nə qədər satılmasına qərar verir.  

Beynəlxalq Enerji Agentliyi (IEA) isə açıqlamasında qeyd edib ki, OPEC+-un iki ən böyük neft istehsalçısı – Səudiyyə Ərəbistanı və Rusiya tərəfindən istehsalın azaldılması qərarları ilin sonunda ciddi təchizat defisitinə səbəb ola bilər.  

Əlavə edək ki, hazırda WTI xam neftinin 1 barrel-ə görə qiyməti 0.72 dollar, yaxud 0.81% enərək 88.10 dollara ticarət edilir. Bloomberg-də olan son məlumata görə Brent xam nefti isə 0.92 dollar, yaxud 1.01% azalaraq 89.79 dollara satılır.

Related posts

BP yayda AÇG-nin dərin laylarından qaz hasilatına başlamağı planlaşdırır

ABB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazandı

Xalq Bankdan 8 Mart kampaniyaları

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı