Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
OPEC+ ölkələri neft hasilatını artırmağı planlaşdırır - BBN

OPEC+ ölkələri neft hasilatını artırmağı planlaşdırır

OPEC+ ölkələri neft hasilatını artırmağı planlaşdırır.

BBN.az xəbər verir ki, Bloomberg-in məlumatına görə, OPEC+ ölkələri neft hasilatında artıma getmək barədə danışıqlar aparır. Xüsusilə, “könüllü” hasilat məhdudiyyətləri tətbiq edən – yəni rəsmi kvotalardan əlavə olaraq hasilatı azaldan – Rusiya, Səudiyyə Ərəbistanı, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qazaxıstan, Əlcəzair və Oman iyun ayında gündəlik hasilatı əlavə olaraq 400 min barel artırmağı müzakirə edirlər.

Qeyd edək ki, aprelin əvvəlində adıçəkilən səkkiz ölkə, may ayında tətbiq olunan bəzi məhdudiyyətlərin aradan qaldırılmasını əvvəlcədən planlaşdırılandan üç dəfə sürətləndirdiklərini açıqlamışdı. Bu qərarla may ayı ərzində hasilat gündəlik 411 min barel artıb.

Bununla yanaşı, ölkələr OPEC Katibliyinə, kvotalardan artıq hasilatın kompensasiya olunması məqsədilə yenilənmiş plan cədvəlini də təqdim ediblər. Aparılan hesablamalara əsasən, bu dəyişikliklər nəticəsində may ayında icazə verilən ümumi hasilat səviyyəsi gündəlik 253 min barel artıb.

Related posts

BP yayda AÇG-nin dərin laylarından qaz hasilatına başlamağı planlaşdırır

Azərbaycan neftinin qiyməti 88 dollara yaxınlaşıb

BVF neft şoku ilə bağlı həyəcan təbili çalır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı