OPEC+ ölkələrinin dekabrın 4-də gözlənilən iclası fonunda neftin son qiymətləri

Xam neft və təbii qazın qiymətləri ilə bağlı son məlumatları təqdim edirik.

BBN.az Banklar və Biznes nəşri Bloomberg-ə istinadən xəbər verir ki, WTI xam neftinin 1 barrel-ə görə qiyməti 0.05 dollar, yaxud 0.06% azalaraq 81.17 dollara ticarət edilir. 

Bloomberg-də olan son məlumata görə, Brent xam nefti isə 0.11 dollar, yaxud 0.13% artaraq 86.99 dollara satılır. Təbii qazın qiymətləri isə 0.05 dollar, yaxud 0.74% azalaraq 6.69 dollara ticarət edilir. 

Bildirək ki, dekabrın 4-də OPEC+ ölkələrinin 34-cü, növbəti iclası keçiriləcək və ABC News TV-də verilən məlumata, əsasən böyük neft istehsalçıları istehsalın yenidən azaldılması ilə bağlı qərar qəbul edəcəklər. Analitiklərin isə qeyd etdiyinə görə, bu isə neftin qiymətlərini yüksəldəcək. 

Bir başqa proqnoz isə budur ki, Brent xam neftinin qiyməti 2022-ci ilin IV rübündə 1 barrelinə görə 93 dollar, 2023-cü ildə isə 95 dollar olacaq. 

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı