OpenAI ChatGPT-nin yeni süni intellekt modelini təqdim etdi

Süni intellekt ChatGPT çatbotunun yaradıcısı OpenAI, səs, şəkil və mətn üzərində təxminlər edə bilən yeni “GPT-4o” modelini təqdim etdi.

BBN.az xəbər verir ki, açıqlamada, modelin səs girişlərinə cavab vermə müddətinin istənilən söhbətdə insanın reaksiya müddəti ilə eyni olduğu diqqətə çatdırılıb və GPT-4o-nun mövcud modellərə nisbətən xüsusilə görüntü və səsləri anlamaqda daha yaxşı olduğu vurğulanıb.

GPT-4o ilə mətn, şəkil və audio üzərində ucdan-uca tək yeni modelin öyrədildiyi və bu yeni modelin bütün giriş və çıxışların eyni neyron şəbəkəsi tərəfindən işləndiyi ilk model olduğu bildirildi.

Həmçinin bildirildi ki, yeni ChatGPT desktop tətbiqi, həm pulsuz, həm də pullu istifadəçilər üçün əlçatan olacaq.

Related posts

Amazon Amazon Haul ilə Temu ilə rəqabət aparacaq

Meta Instagram və WhatsApp satmalı ola bilər

Softgile: Bakıdan Başlayaraq Beynəlxalq Uğura Gedən Yol

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı