Opsion nədir?

Opsion  müəyyən muzdla əldə olunan seçim hüququdur. Bu termin daha çox aşağıdakı hallarda istifadə olunur:

  1. müqavilə şərtlərinə əsasən,tərəflərin birinə onun öz üzərinə götürdüyü öhdəliyin yerinə yetirilməsi üsul, forma və həcmini seçmək, hətta müqavilədə nəzərdə tutulmuş hallar yarandıqda öhdəliklərin yerinə yetirilməsindən imtina edilməsini seçmək hüququnun verilməsidir.
  2. birja alqı-satqı əqdini bağlayan tərəflərin birinə müqavilənin alternativ şərtləri arasından seçmək, məsələn , qiymətli kağızları əvvəlcədən müəyyən edilmiş həcmdə təsbitli qiymətlə bu və ya digər müddət ərzində almaq, yaxud satmaq hüququnun verilməsini nəzərdə tutan müqavilədir.

Daim yeni terminlər öyrənmək üçün Azərbaycan Banklar Assosiasiyasının rəsmi məlumat portalı olan BBN.az saytının aşağıdakı linkdə göstərilən facebook səhifəsini bəyənmək kifayətdir:

https://www.facebook.com/BBNNEWS/ 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır