Home » “Optimal Elektronika” MMC -nin istiqrazlarının “Açılış Zəngi” mərasimi keçirildi

“Optimal Elektronika” MMC -nin istiqrazlarının “Açılış Zəngi” mərasimi keçirildi

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

23 noyabr 2021-ci il tarixində Bakı Fond Birjasında “Optimal Elektronika” MMC -nin mütəşəkkil kapital bazarlarında ilk istiqraz buraxılışını qeyd etmək məqsədi ilə “Açılış Zəngi” mərasimi keçirilmişdir. 2,5 milyon manat həcmində olan yerləşdirmənin anderraytinq xidmətini BFB-nin üzvü olan AzFinance İnvestisiya Şirkəti QSC həyata keçirmişdir.

Açılış mərasimində emitent tərəfindən “Optimal Elektronika” MMC -nin direktoru Əhəd Əsgərov, A.R. Mərkəzi Bankının Kapital bazarına nəzarət departamentinin Prudensial siyasət və metodologiya şöbəsinin rəisi Arif Cəlilov, birja üzvü tərəfindən “AzFinance İnvestisiya Şirkəti” QSC-nin direktoru İntiqam Səfərəliyev, BFB-nin Biznes İnkişafı Qrupunun rəhbəri Emil Babayev iştirak etmişdir. BFB-nin Biznes İnkişafı Qrupunun rəhbəri Emil Babayev “Açılış Zəngi” Mərasimini açıq elan edərək “Optimal Elektronika”-in MMC-nin birja vasitəsilə həyata keçirtdiyi istiqraz buraxılışının Azərbaycanda maliyyə sektorunun inkişafı istiqamətində aparılan tədbirlərin uğurlu nəticəsi olduğunu, maliyyə sektorunun inkişafına töhfə verməklə yanaşı vətəndaşlar üçün yeni investisiya imkanlarının formalaşmasında xüsusi rol oynayacağını bildirdi.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.