Orta əmək haqqı 6,6% artıb

2016-cı ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,6 faiz artaraq 489,3 manat olub.

Bu haqda Dövlət Statistika Komitəsi məlumat yayıb.

Real əmək haqqı isə inflyasiya heabına 3,5% azalıb.

İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, tikinti, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olmuşdur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır