Orta Şərq ölkələrində nağdsız ödənişlər artmaqdadır – PROQNOZ

Nağdsız ödənişlər və rəqəmsal bankçılıq konsepsiyası uzun müddətdir ki, maliyyə sektorunun əsas inkişaf istiqamətlərindən sayılır. Ənənəvi bankçılığa keçiddə əsas fərqlənən regionlar Şimali Amerika və Qərbi Avropa regionları olsa da, Orta Şərq ölkələri də bu sahədə böyük irəliləyişə nail olub.

Orta Şərq ölkələrinin ümumi Fintech Assosiasiyası olan “MENA Fintech Association” (MFTA) tərəfindən tərtib edilən “SHIFT – MENA Payments Landscaping” hesabatında regionun ödənişlər bazarında son illərdə qeydə alınan göstəricilər və gələcək inkişaf perspektivləri ilə bağlı proqnozlar qeyd olunub.

Hesabata istinadən, 2018-ci ildə Orta Şərq ölkələrində nağdsız tranzaksiyaların ümumi həcmi 8 milyard dollar həcmində idisə, 2020-ci ildə bu göstərici 12 milyard dollar, 2021-ci ildə isə 14.5 milyard dollar səviyyəsinə yüksəlib. Cari ilin sonuna nağdsız ödəniş tranzaksiyalarının 16.5 milyard dollar, 2023-cü ildə isə 20 milyard dollar səviyyəsini keçməsi proqnozlaşdırılıb.

Orta Şərq ölkələri arasında nağdsız ödənişlərə keçid göstəricilərində seçilən ölkələrdən biri də BƏƏ olub. Belə ki, son illərdə nağdsız ödənişlərin həcmində artım qeydə alınan Birləşmiş Ərəb Əmirliklərində 2023-ci ildə nağdsız tranzaksiyaların 4 milyard dolları ötəcək. 2018-ci ildə nağdsız ödənişlər ümumi tranzaksiyaların 39%-ini təşkil edirdisə, 2023-cü ildə bu göstəricinin 73% səviyyəsində olacağı proqnozlaşdırılıb.

Related posts

Birbank taksit kartı sahibləri 150 000 AZN qazana bilərlər

Oksford Universitetinin tələbələri “ASAN xidmət”də təcrübə proqramı keçəcəklər

Kapital Bank-ın dəstəyi ilə keçirilən “My Technology” müsabiqəsi başa çatıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı