Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Ortakənd” qızıl yatağında ilkin geoloji nəticələr müsbətdir - BBN

“Ortakənd” qızıl yatağında ilkin geoloji nəticələr müsbətdir

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən 2023-cü ildə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda yerləşən “Göydağ” sahəsinin “Ortakənd” qızıl yatağında həyata keçirilən geoloji tədqiqatların ilkin nəticələri müsbətdir. Sözügedən yataq üzrə əldə olunan kəşfiyyat nəticələri əsasında beynəlxalq nüfuzlu “MICON INTERNATIONAL” məsləhətçi şirkətinin ilkin hesablamalarına görə, yataqda 424 min unsiya texniki cəhətdən çıxarılabilən qızıl mövcuddur. Növbəti mərhələdə yataq üzrə ehtiyatların satılabilən, yəni iqtisadi səmərə ilə hasil ediləbilən miqdarı müəyyənləşdiriləcək. Tədqiqatların yekun nəticəsi müsbət olarsa, yaxın gələcəkdə yataqda açıq üsulla hasilat prosesinin aparılması nəzərdə tutulub. “Göydağ” sahəsində yerləşən digər yataq – “Göydağ” mis-porfir yatağında da ehtiyatların qiymətləndirilməsi üçün aparılan araşdırmaların ilkin nəticələri müsbətdir. Tədqiqatlar davam etdirilir.

Related posts

Azərbaycanda inflyasiyanın iki il üzrə proqnozu açıqlanıb

TARİX TƏKRARLANIR: Dünya “Beşinci Neft Şoku”nun astanasında – 100 dollarlıq kabus geri qayıdır!

TƏCİLİ: Neft bazarlarında “İran alovu” – Qiymətlər 100 dolları keçdi, dünya iqtisadiyyatı şokdadır!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı