Ötən ilə nisbətən ÜDM 4% azalıb

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2016-cı ilin yanvar-sentyabr aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 43436,3 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,9 faiz az ümumi daxili məhsul istehsal edilib. Azalmanın əsas səbəbi tikinti sektorunda istehsalın keçən ilin eyni dövrü ilə müqayisədə 32,0 faiz azalması olub.

Əlavə dəyərin 37,7 faizi sənayedə, 11,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 9,7 faizi tikinti, 6,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə, 16,7 faizi isə digər sahələrdə istehsal edilmişdir. Məhsula və idxala xalis vergilər ÜDM-in 7,5 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM isə 4512,5 manata bərabər olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır