Home » Ötən il 429 internet resursuna girişi məhdudlaşdırıb

Ötən il 429 internet resursuna girişi məhdudlaşdırıb

by Zeyneb
0 comments 3 views 1 minutes read

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) rəqəmsal mühitdə təhlükəsizliyin təmin olunması istiqamətində monitorinq və nəzarət tədbirlərini davam etdirir.

BBN.az xəbər verir ki, bu barədə ETX məlumat yayıb.

Bildirilib ki, ötən il vətəndaşlardan, hüquqi şəxslərdən və dövlət qurumlarından daxil olan müraciətlər, həmçinin Xidmətin apardığı monitorinqlər əsasında qanunla qadağan edilən informasiyanın yerləşdirildiyi 429 internet informasiya ehtiyatına məhkəmə qətnaməsi ilə Azərbaycan ərazisində giriş məhdudlaşdırılıb.

Girişinə məhdudiyyət tətbiq olunan resursların 428-də qumar oyunlarının təşkili və bu oyunlarda iştiraka təhrik edən məlumatlar yayılıb. 1 internet informasiya ehtiyatında isə əqli mülkiyyət hüquqlarını pozan məlumatların yerləşdirildiyi müəyyən edilib.

ETX vətəndaşları və hüquqi şəxsləri internet mühitində qanunvericiliyin tələblərinə riayət etməyə çağırıb. Qanun pozuntuları ilə bağlı müraciətlərin “1654” qaynar xətti, www.cert.az saytı və ya info@cert.az elektron poçt ünvanı vasitəsilə qəbul edildiyi bildirilib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.