Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Ötən ay ölkədaxili nağdsız ödənişlərin həcmi 10 mlrd. manatı ötüb - BBN

Ötən ay ölkədaxili nağdsız ödənişlərin həcmi 10 mlrd. manatı ötüb

Banklar və “Azərpoçt” MMC sistemləri üzrə 2025-ci ilin dekabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 145 min ədəd artaraq 21 milyon 980 min ədəd təşkil edib.

BBN.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı xəbər verir.

Qeyd edilib ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 10.5% artmışdır. Ödəniş kartlarında debet kartlarının sayı 12.8% artmış, kredit kartlarının sayı isə 8% azalıb. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Belə ki, dekabr ayı ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 19% artmışdır. 2025-ci ilin dekabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 10,097 mln. manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 8,833 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1,260 mln. manatı POS-terminallar, 3 mln. manatı isə özünə xidmət terminallarının və bankomatların vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 67.6%-ni təşkil edib.

Related posts

Banklar əhaliyə 118 mln. manat depozit faizi ödəyiblər

Azərbaycanda yanvarda dövlət xətti ilə 17 milyon manatdan çox ipoteka krediti verilib

Azərbaycanda problemli kreditlərin məbləği 17 %-dən çox artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı