Ötən dövrdə 95 mindən çox şəxsə e-qaydada pensiya və müavinət, təqaüd təyin olunub

2019-cu ilin əvvəlindən Azərbaycanda pensiyalar, ötən ilin son rübündə  müavinət və təqaüdlər üzrə elektron təyinat sistemləri işə salınıb.

Həmin e-təyinat sistemləri vasitəsilə ötən dövrdə 95 mindən çox şəxsə e-qaydada pensiya, müavinət və təqaüd təyin edilib. Onlardan 65 min e-təyinat bu ilin ötən dövründə aparılıb.

Vətəndaşların pensiya, müavinət və təqaüd hüquqları yaranan zaman həmin şəxslər hansısa quruma müraciət etmələrinə və sənəd təqdim olunmasına ehtiyac qalmadan onlara müvafiq sosial təminat növləri üzrə e-təyinatlar həyata keçirilir.

Related posts

Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı