Ötən həftə özünüməşğulluq proqramı çərçivəsində daha 805 şəxsə aktivlər verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən özünüməşğulluq proqramı çərçivəsində ötən həftə daha 805 şəxs mal və materiallar formasında aktivlərlə təmin olunub.

Verilmiş aktivlər hesabına onlar kiçik müəssisə və təsərrüfatlarını yaradıblar. Həmin şəxslərdən əksəriyyəti şəhid ailəsi üzvləri, müharibə iştirakçıları, o cümlədən 44 günlük Vətən müharibəsinin qaziləridir.

Proqrama cəlb olunan şəxslər üçün əvvəlcə kiçik biznesin təşkili və idarə olunması üzrə bilik və bacarıqlara yiyələnmələri üçün təlimlər təşkil olunur. Təlimləri uğurla başa vuran şəxslər seçdikləri özünüməşğulluq istiqaməti üzrə biznes planlarına uyğun aktivlərlə təmin olunurlar.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı