Ötən il Azərbaycanda “Mastercard” və “Visa” kartları ilə əməliyyatların həcmi – 85 mlrd. manatı ötüb

2023-cü ildə Azərbaycanda rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə 85 milyard 696.6 milyon manatlıq əməliyyatlar həyata keçirilib.

BBN.az-ın Azərbaycan Mərkəzi Bankının hesabatı əsasında apardığı hesablamalara görə, rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları ilə aparılan ümumi əməliyyatların 65.2%-i “Visa” kartlarının, 33.9%-i “Mastercard” kartlarının, 0.7%-i lokal kartların vasitəsi ilə, 0.2%-isə digər kartlarla aparılıb.

Belə ki, hesabat dövründə “Visa” kartları ilə 55 milyard 891.1 milyon manat, “Mastercard” kartları ilə 29 milyard 126.5 milyon manat, Lokal kartlarla isə 610,98 milyon manat həcmində əməliyyatlar aparılıb. Bu dövrdə ölkədə “American Express” kartlarla 64.9 milyon manatlıq əməliyyarlar aparılıb.

APA

Related posts

Dünyanın aparıcı mərkəzi bank rəhbərləri Tramp ilə qarşıdurmada Fed sədri Cerom Pauelli dəstəkləyir

Dünya Bankı: 2026-cı ildə qlobal iqtisadi artım dayanıqlı qalacaq, lakin zəifləyən dinamika risk yaradır

Unibank-da Yeni Təyinatlar

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı