Ötən il gecikdirilmiş 1257,4 min manat sosial ödənişin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 2021-ci ildə vətəndaş müracətlərinin araşdırılması zamanı işəgötürənlər tərəfindən 1257,4 min manat məbləğində sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.
 
Görülən tədbirlər nəticəsində həmin vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib.
 
Qeyd olunan vəsaitin 1238,8 min manatı əmək haqlarından, qalan hissəsi zərərə görə ödənclərdən, işəgötürənlər tərəfindən ödənilməli olan müavinət və kompensasiyalardan ibarət olub.
 
Ötən il 34 işçi ilə əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyi də müəyyən olunub və həmin işçilərin əvvəlki iş yerlərinə bərpası təmin edilib.
 
Qeyd olunan hallarla bağlı müvafiq işəgötürənlərə qanunvericiliyin tələbləri izah olunub, onlar əmək qanunvericiliyinin aidiyyəti tələbləri barədə məlumatlandırılıb.

Həmçinin, keçən ilin iyul ayından etibarən Xidmət əmək qanunvericiliyi ilə bağlı geniş maarifləndirmə məqsədi ilə işəgötürənlərlə onlayn görüşlərə başlayıb. 30 onlayn görüşdə 2000-dən çox işəgötürən iştirak edib.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı