Ötən il təmassız ödənişlərin həcmində artım qeydə alınıb

Rəqəmsallaşma prosesləri koronavirus pandemiyasının yayılması ilə ildən ilə sürətlənməyə davam edir. Bu tendensiya plastik kartlara da təsirsiz ötüşməyib. Belə ki, son illərdə ödəniş kartları tranzaksiyalarında təmassız ödəniş kartlarının payı kəskin artmağa davam edir.

İngiltərə mərkəzli “Barclaycard” tərəfindən aparılan araşdırmaların nəticələrinə istinadən, 2021-ci ildə qlobal bazarda təmassız ödəniş tranzaksiyalarının həcmi ötən ilə nisbətdə 40.2% artıb. Belə ki, təmassız ödəniş kartlarına çıxışı olan istehlakçı illik olaraq ortalama 180 təmassız ödəniş tranzaksiyası həyata keçirib. Bu isə 2020-ci il göstəricisinə (141) nəzərən artım deməkdir. Araşdırmalara görə, əyləncə sektorunda təmassız ödənişlər 105.8%, ictimai iaşə obyektləri üzrə isə 83.4% yüksəlib.

“ ResearchAndMarkets” proqnozlarına görə, 2026-ci ilədək təmassız ödənişlər bazarının 20.7 milyard dollar səviyyəsinə yüksəlməsi gözlənilir.

Related posts

Xalq Bankdan Visa Infinite kartını 50% endirimlə əldə edin

Birbank taksit kartı sahiblərinə Trendyol ödənişlərində hissəli ödəmə imkanı

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı