Ötən ildən tətbiq olunan sığorta stajı amnistiyasından 25 minə yaxın şəxs faydalanıb

Prezident İlham Əliyevin tapşırığına əsasən, 2019-cu ilin əvvəlindən əmək pensiyası yaşına çatmış şəxslərlə bağlı tətbiq olunan sığorta stajı amnistiyasından ötən dövrdə 25 minə yaxın şəxs faydalanıb.  

Onlardan böyük hissəsi sığorta stajı amnistiyası nəticəsində pensiya hüququ əldə edib və pensiya təminatı sisteminə daxil olub. Digər qisminin isə pensiyaları ciddi şəkildə artıb.

Yaşlı əhaliyə humanist yanaşmanın nəticəsi olan bu islahat  çərçivəsində əmək pensiyası yaşına çatmış və fərdi hesabında ən kiçik məbləğdə pensiya kapitalı qeydə alınan şəxslərə 2006-cı ilin  yanvarın 1-dək 25 il sosial sığorta stajı hədiyyə edilir.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı