Home » Özbəkistan Respublikası Milli Bankının nümayəndə heyəti Mərkəzi Bankda təcrübə mübadiləsində iştirak edib

Özbəkistan Respublikası Milli Bankının nümayəndə heyəti Mərkəzi Bankda təcrübə mübadiləsində iştirak edib

by anar
0 comments 0 views 1 minutes read

Özbəkistan Respublikası Milli Bankının (ÖMB) nümayəndə heyəti bank olmayan kredit təşkilatlarına (BOKT) nəzarət çərçivəsinin öyrənilməsi məqsədilə Mərkəzi Bankda səfərdə olub.

Səfər zamanı ÖMB nümayəndə heyəti Mərkəzi Bankda BOKT-lərə nəzarət çərçivəsində yeni qəbul edilmiş qaydalar, biznes modellər, inkişaf dinamikası, maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə, eləcə də maliyyə inklüzivliyi üzrə məlumat mübadiləsində iştirak edib.

ÖMB nümayəndə heyətinin Azərbaycan Mikromaliyyələşmə Assosiasiyası, Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə görüşü də təşkil olunub. Görüşdə BOKT-lərin bu təşkilatlarla iş prinsipləri və maliyyələşdirilməsi prosesi ilə bağlı ətraflı məlumat verilib.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.