Özbəkistan-Azərbaycan İşgüzar Şurasının 3-cü iclası keçirilib

Özbəkistanın paytaxtı Daşkənd şəhərində Özbəkistan-Azərbaycan İşgüzar Şurasının 3-cü iclası keçirilib.

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının və Özbəkistanın Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə keçirilmiş tədbirdə hər iki ölkədən rəsmi şəxslər və iqtisadiyyatın müxtəlif sektorlarını təmsil edən iş adamları iştirak ediblər. 

İclasda çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycan və Özbəkistan arasında ikitərəfli münasibətlərin inkişafında müsbət dinamikanı qeyd edərək bunun biznes dairələri arasında əməkdaşlığın genişləndirilməsi üçün də əlverişli imkan yaratdığını vurğulayıb. KOBİA sədri KOB-ların dəstəklənməsi sahəsində təcrübə mübadiləsinə, biznes əlaqələrin genişləndirilməsi üçün qarşılıqlı biznes missiyaların və digər birgə tədbirlərin təşkilinə, eləcə də Agentliyin sahibkarlara göstərdiyi dəstək və xidmətlərə dair məlumat verib.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı