Özbəkistan və Qırğızıstan nümayəndə heyətləri DOST Agentliyində olublar

Bakıda keçirilən COP29 tədbirində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Özbəkistanın məşğulluq və yoxsulluğun azaldılması nazirinin müavini Rəno Turdiboyeva və Qırğızıstanın əmək, sosial təminat və miqrasiya nazirinin birinci müavini Muxtarbek Baymurzaevin başçılıq etdiyi nümayəndə heyətləri DOST Agentliyində olub.

Nümayəndə heyətləri ilə görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev son illər ölkəmizdə aparılan sosial islahatların uğurları, DOST Konsepsiyasının üstünlükləri barədə məlumat verib. Bu sahələrdə təcrübə mübadilələrinin əhəmiyyəti vurğulanıb.

DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov təqdimatla çıxış edib. DOST mərkəzlərində sosial sahələr üzrə üzrə 160 növ xidmətin “bir pəncərə”dən göstərildiyi, DOST konsepsiyasının dünyanın qabaqcıl təcrübələri sırasına daxil edildiyi, beynəlxalq müstəvidə qazandığı nailiyyətlər diqqətə çatdırılıb.

Sosial xidmətlərin elektronlaşdırılması istiqamətində əldə olunan uğurlar barədə də təqdimat olub. Görüşdə əmək, məşğulluq, sosial müdafiə sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.

Sonra qonaqlar 1 saylı Bakı DOST Mərkəzində əhaliyə göstərilən xidmətlərlə tanış olublar. Mərkəzlərin fəaliyyəti və iş prinsipləri onlara izah olunub.

Related posts

Dövlət Xidməti tərəfindən akkreditasiya edilmiş sınaq laboratoriyalarının nümayəndələri ilə görüş keçirilib

İsveç Vergi Agentliyi ilə birgə fəaliyyətin perspektivləri müzakirə edilib

Düşənbədə SPECA üzrə tədbirlər keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı