Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Özünüməşğulluq proqramı çərçivəsində klaster müəssisələr yaradılacaq - BBN

Özünüməşğulluq proqramı çərçivəsində klaster müəssisələr yaradılacaq

Dövlət Məşğulluq Agentliyindən yeni layihə

Proqram üzrə oxşar-əlaqəli iqtisadi fəaliyyət növləri üzrə aktivlər verilmiş şəxslərin eyni məkanda birgə klaster müəssisə kimi fəaliyyəti də təmin ediləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi rayon (şəhər) İcra Hakimiyyətləri və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə birgə yeni “Avtoklaster” layihəsinə başlayır.

Layihə çərçivəsində eyni və ya oxşar iqtisadi fəaliyyət sahələri üzrə özünüməşğulluq proqramına cəlb edilərək aktivlərlə təmin ediləcək şəxslərin həmçinin eyni məkanda yerləşdirilməklə klaster müəssisə formasında birgə fəaliyyət göstərmələrinə də imkan yaradılacaq.

Layihəyə ilkin mərhələdə Oğuz rayonunda başlanacaq. Rayonda özünüməşğulluq proqramına cəlb edilmiş  bir qrup şəxsin əmək bazarının tələbi, iqtisadiyyatın prioritet sahələri nəzərə alınaraq “Avtodəmirçi xidmətləri-PDR batıqların bərpası”, “Avtorəngsaz”, “Avtoçilingər xidməti-Katalizatorların təmizlənməsi xidməti”, ”Avtoelektrik – Kondisioner təmiri”,  “Avtoyağlama xidməti”, “Avtorazval xidməti”, “Avtotəmizləmə xidməti”, “Özünüxidmət avtotəmizləmə xidməti”, “Avtodisk təmiri – Avtomobil şinlərinin bərpası” üzrə əmlaklarla təmin edilməsi və onların eyni məkanda birgə fəaliyyətinin təşkili nəzərdə tutulur.

Məqsəd özünüməşğulluq proqramının səmərəliliyini daha da yüksəltmək, proqramdan yararlanan şəxslərin biznes fəaliyyətlərinin rəqabətə davamlılığını təmin etmək və gəlirlərini artırmaqdır.

Layihə iştirakçılarının seçimi zamanı qeyd edilən sahələrdən biri üzrə təcrübəsi olan şəxslərə üstünlük veriləcək. Müraciət etmək istəyən şəxslər Şəki-Zaqatala Regional Məşğulluq filialının Oğuz rayonu üzrə Xidmət şöbəsinə müraciət edə bilərlər.

Layihənin digər bölgələrdə də həyata keçirilməsi nəzərdə tutulur.

Related posts

“Azərbaycan–İtaliya biznes və investisiya əlaqələri” mövzusunda tədbir keçirilib

“ASAN xidmət indeksi”nə və “ASAN müraciət”ə dair nəticələr açıqlanıb

“ASAN xidmət” “Gələcək üçün bacarıqlar” layihəsinin əhatə dairəsini genişləndirir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı