Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Özünüməşğulluq proqramı üzrə daha 130 nəfərə aktivlər verilib - BBN

Özünüməşğulluq proqramı üzrə daha 130 nəfərə aktivlər verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən daha 130 nəfər özünüməşğulluq proqramı iştirakçısı biznes planlarına uyğun mal və materiallar formasında aktivlərlə təmin olunub. 

Onların bir hissəsi şəhid ailələrinin üzvləri və müharibə veteranlarıdır.

Verilmiş aktivlər hesabına proqram iştirakçıları kənd təsərrüfatı, istehsal və xidmət sahələri üzrə kiçik ailə təsərrüfatlarını yaradıblar.

Qeyd edək ki, özünüməşğulluq proqramının icrası işlərinin davamı olaraq ötən il daha 16,1 min şəxs özünüməşğulluq proqramına cəlb olunub və cari ildə də bu sahədə işlər davam etdirilir.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Maliyyə naziri Sahil Babayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

“ASAN xidmət indeksi”nə və “ASAN müraciət”ə dair nəticələr açıqlanıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı