Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Özünüməşğulluq proqramı üzrə son bir həftədə 200-ə yaxın şəxs üçün kiçik təsərrüfatlar yaradılıb - BBN

Özünüməşğulluq proqramı üzrə son bir həftədə 200-ə yaxın şəxs üçün kiçik təsərrüfatlar yaradılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi özünüməşğulluq proqramı iştirakçılarının aktivlərlə təminatını ötən həftə də davam etdirib.

Son bir həftə ərzində paytaxt və regionlarda 200-ə yaxın işsiz və işaxtaran şəxsə bu proqram çərçivəsində mal və materiallar formasında aktivlər verilib.

Verilmiş aktivlər hesabına proqram iştirakçıları üçün kənd təsərrüfatı, istehsal və xidmət istiqamətləri üzrə kiçik təsərrüfatlar yaradılıb.

Özünüməşğulluq proqramına cəlb olunan şəxslər üçün əvvəlcə təlimlər təşkil olunur, onlara kiçik biznesin təşkili və idarə olunmasına dair bilik və bacarıqlar öyrədilir. Təlimlərdən sonra özünüməşğulluq istiqaməti üzrə biznes planlarına uyğun aktivlərlə təmin olunurlar.

Related posts

Daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 865,4 minə çatıb

“Azərbaycan–İtaliya biznes və investisiya əlaqələri” mövzusunda tədbir keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı