Pərakəndə ticarət dövriyyəsi artıb

2018-ci ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,5 % üstələyərək 10,9 milyard manata bərabər olub.

Ticarət dövriyyəsinin 5,5 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 5,4 milyard manatını qeyri-ərzaq məhsulları təşkil edib. Satılan məhsulların dəyəri 2017-ci ilin yanvar-aprel aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 1,9 % və 3,1 % üstələyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır