Pərakəndə ticarət dövriyyəsi 3,1 faiz artıb

2020-ci ilin yanvar-fevral aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 5858,7 milyon manatlıq, o cümlədən 2994,7 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 2864,0 milyon manatlıq qeyri-ərzaq məhsulları satılmışdır. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə ümumi ticarət dövriyyəsi üzrə 3,1 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,6 faiz, qeyri-ərzaq məhsulları üzrə isə 3,6 faiz artım müşahidə olunmuşdur.

Hesabat dövründə məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:

Məhsul qruplarının adlarıSatışdan gəlir, milyon manatla2019-cu ilin yanvar – fevral aylarına nisbətən, faizlə
Pərakəndə ticarət dövriyyəsi5 858,7103,1
o cümlədən:
ərzaq məhsulları2 643,8102,8
içkilər və tütün məmulatları350,9101,3
toxuculuq məhsulları, geyim və ayaqqabılar1 054,7103,9
elektrik malları və mebellər352,5103,1
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları42,2103,2
əczaçılıq və tibbi mallar91,3119,3
avtomobil yanacağı311,6101,0
digər qeyri-ərzaq məhsulları1 011,7103,0

Cari ilin iki ayı ərzində alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,1 faizi ərzaq məhsullarının, 6,0 faizi içkilər və tütün məmulatlarının, 18,0 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,0 faizi elektrik malları və mebellərin, 5,3 faizi avtomobil yanacağının, 1,6 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,3 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunmuşdur.

2020-ci ilin yanvar-fevral aylarında istehlak məhsullarının dəyər ifadəsində 24,0 faizi ticarət müəssisələri, 48,5 faizi fərdi sahibkarlar tərəfindən, 27,5 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2019-cu ilin yanvar-fevral ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 29,1 faiz, fərdi sahibkarlar üzrə 0,8 faiz artmış, bazar və yarmarkalarda isə 9,1 faiz azalmışdır.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 294,3 manat və ya 2019-cu ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 14,9 manat çox olmuşdur. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 150,4 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 143,9 manatlıq qeyri-ərzaq məhsulları almışdır.

Related posts

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

DOST RİM Böyük Britaniyada yerləşən “Corporate Vision” təşkilatının keçirdiyi müsabiqədə mükafata layiq görülüb

Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirliklərinin əhaliyə birgə müraciəti

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı