Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Pərviz Şahbazov: "ARDNF-nin İtaliyadakı investisiya portfelinin bazar dəyəri 2,8 milyard dollar təşkil edir" - BBN

Pərviz Şahbazov: “ARDNF-nin İtaliyadakı investisiya portfelinin bazar dəyəri 2,8 milyard dollar təşkil edir”

İndiyədək İtaliyadan Azərbaycana 805 milyon ABŞ dolları məbləğində investisiya qoyulub.

BBN.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən Azərbaycan və İtaliya arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın VI iclasında bildirib.

Onun sözlərinə görə, Azərbaycanın ixracının 46,7 %-i İtaliyanın payına düşür: “İndiyədək Azərbaycandan İtaliyaya 342 milyon dollar, İtaliyadan isə Azərbaycana 805 milyon dollar məbləğində investisiya qoyulub. Sözsüz ki, bu sahədə bizim böyük potensialımız var. Hazırda Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) İtaliyadakı investisiya portfelinin bazar dəyəri 2,8 milyard dollar təşkil edir. Bu göstəricilərin artımını təmin etmək üçün sərmayələrin təşviqi və qarşılıqlı qorunmasına dair sazişin imzalanması qarşımızda duran zəruri məsələlərdəndir”.

Nazir qeyd edib ki, Azərbaycan ötən il təkcə SOCAR vasitəsilə 10 milyon 340 min ton neft və ümumilikdə 9,5 milyard kubmetr qaz tədarük etməklə İtaliyanın xam neft üzrə əsas, təbii qaz üzrə isə ikinci ən böyük təchizatçısı mövqeyini qorub saxlayıb: “Avropada Azərbaycanın neft və qazının ən böyük alıcısı olan İtaliya, ümumi neft ixracının təxminən 45 %-ni, qaz ixracının isə 38 %-ni yönəlib”.

Related posts

Mərkəzi Bankda Sahibkarlarla Əməkdaşlıq Şurasının iclası keçirilib

Bank of Baku-nun Gəncədə 2-ci filialı – “KOB Gəncə” fəaliyyətə başladı

AccessBank QSC ManageEngine Endpoint Central tenderi elan edir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı