Pakistanın İKT sahəsində lider şirkəti “9D Technologies” İRİA-nın qonağı olub

Hazırda Azərbaycanda rəsmi səfərdə olan 9D Technologies İKT şirkətini təmsil edən heyət ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədr əvəzi Inara Valiyeva, sədr müşaviri Shahin Aliyev, beynəlxalq biznesin inkişafı üzrə rəhbər Loukas Tzitzis və innovasiya üzrə rəhbər Igor Ovcharenko arasında görüş baş tutub.

Sədr əvəzi İnarə Vəliyeva pakistanlı heyətə Azərbaycanda İKT-nin ümumi inkişaf mənzərəsi, xüsusilə də qlobal İKT şirkətlərinə təqdim olunan texnopark rezidentliyi və bu rezidentliyin gətirdiyi imtiyazlar, vergi güzəştləri barədə məlumat verib. Görüşdə, həmçinin Azərbaycanda elektron hökumət və startap ekosisteminin əldə etdiyi nailiyyətlər pakistanlı qonaqların diqqətinə çatdırılıb.

“9D Technologies” şirkətinin baş direktoru Abdul Salam Azərbaycanın innovasiya və rəqəmsallaşma sahəsində əldə etdyi uğurları yüksək qiymətləndirib və bunun beynəlxalq əməkdaşlıq üçün önəmli faktor olduğunu vurğulayıb.

Görüşün nəticəsi olaraq Pakistan heyəti ilə İKT sahəsində əməkdaşlığın genişləndirilməsi və rəqəmsallaşma aspektində təcrübə mübadiləsinə dair olduqca əhatəli fikir mübadiləsi aparılıb, gələcək layihələrin reallaşdırılması üçün görüləcək işlərin yol xəritəsi müzakirə edilib.

Related posts

Lənkəran “ASAN xidmət” mərkəzində “Güzəştli mənzil” pəncərəsi fəaliyyətə başladı

Azərbaycanın IV Könüllü Milli Hesabatı BMT-yə təqdim edilib

“Milliön” Yevlax Xidmət Mərkəzi yerli əhalinin ixtiyarına verilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı