Palata bank əməkdaşları üçün təlim keçirib

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) təşkilatçılığı ilə Lüksemburqun Maliyyə Texnologiyalarının Ötürülməsi Agentliyi (ATTF) tərəfindən bank əməkdaşları üçün təlim təşkil edilmişdir. “Bank sistemində risklərin idarə edilməsi” mövzusunda təşkil edilmiş dörd günlük proqramda ekspert qismində ATTF-in mütəxəssisi Paul Kleinbart çıxış etmişdir.

Dörd moduldan ibarət təlim proqramı zamanı bank sahəsində risklərin idarə edilməsinin əsasları, o cümlədən əməliyyat risklərinin ölçülməsi və idarə edilməsinə dair problemlərin həlli yolları araşdırılmış, praktik tapşırıqlar yerinə yetirilmişdir.

Təlimin birinci hissəsini müvəffəqiyyətlə keçmiş iştirakçılar proqramın ikinci hissəsində iştirak etmək hüququnu əldə edirlər. Sonda proqramı uğurla bitirmiş iştirakçılara beynəlxalq dərəcəli sertifikat təqdim olunacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır