Pandemiyadan zərər çəkmiş sahibkarlar üçün növbəti onlayn maarifləndirmə tədbiri keçirilib

Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarların dövlət dəstəyi tədbirləri barədə məlumatlandırılması məqsədilə İqtisadiyyat nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən təşkil olunan onlayn tədbirlər davam edir.

Aprelin 21-də keçirilmiş “Pandemiyadan zərər çəkmiş sahələrə göstərilən maliyyə dəstəyi” mövzusunda növbəti onlayn tədbirdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin və KOBİA-nın nümayəndələri sahibkarları dövlət dəstəyi tədbirləri barədə məlumat verib, sualları cavablandırıblar.

KOBİA-nın “Facebook” səhifəsi (https://www.facebook.com/smb.gov.az) üzərindən birbaşa yayımlanmış onlayn tədbirdən 2 minə yaxın sahibkarlıq subyekti yararlanıb.

Sahibkarlıq subyektlərinin müraciəti və marağı nəzərə alınmaqla, onlayn maarifləndirmə tədbirləri davam etdiriləcəkdir.

Qeyd edək ki, son həftə ərzində keçirilmiş onlayn maarifləndirmə tədbirlərindən 8 minə yaxın sahibkarlıq subyekti yararlanıb.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı