Pandemiyası sonrası Perspektivlər: Rəqəmsallaşmağa doğru – 10-cu Azərbaycan Mikromaliyyə Konfransı

Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) Avropa İttifaqı tərəfindənmaliyyələşdirilən“Azərbaycan regionlarında dayanıqlı mikrosahibkarlığın inkişafınınsürətləndirilməsi” (ADSMIRRA) layihəsi çərçivəsində həyata keçirilən “Pandemiyası sonrasıPerspektivlər: Rəqəmsallaşmağa doğru” mövzusuna həsr edilmiş 10-cu Azərbaycan MikromaliyyəKonfransının keçirilməsini elan etməkdən məmnundur.

Mikromaliyyə xidmətləri təminatçıları tez-tez rəqəmsal maliyyəni əhatə etmək üçün mütərəqqi addımlaratırlar, mobil cihazlardan istifadə və rəqəmsal maliyyə xidmətləri təminatçıları ilə tərəfdaşlıq edərəkmövcud məhsulların, xidmətlərin və əməliyyatların rəqəmsallaşdırılmasına başlayırlar. Baxmayaraq ki,bu həm müştərilərə fayda gətirir (rahatlıq, təhlükəsizlik, daha sürətli) və mikromaliyyə xidmətləritəminatçılarına fayda gətirir (artan əməliyyat səmərəliliyi, müştəri bazasının şaxələndirilməsi, daha azxərclə kənd ərazilərinə çıxış), rəqəmsal maliyyə müəyyən çətinliklər və risklərlə üzləşir və bəzən uyğunbir şəkildə istifadə edilməzsə təhlükə yarada bilər. Tədbirdə aşağıda qeyd edilən mövzuların müzakirəsiplanlaşdırılır: Mikrokreditləşmənin rəqəmsallaşması: Çətinliklər və İmkanlar, Qeyri-müəyyən zamanlardayenilik: mikromaliyyədə rəqəmsallaşdırmanın gücləndirilməsi.

Qeyd olunan mövzulara əlavə olaraq, Konfransda Avropa İttifaqı tərəfindən maliyyələşdirilən“Azərbaycan regionlarında dayanıqlı mikrosahibkarlığın inkişafının sürətləndirilməsi” (ADSMIRRA)layihəsinin nəticələri haqqında ümumu məlumatların verilməsinə xüsusi sessiya həsr olunacaq. Busessiyada layihənin Maliyyə Savadlılığı üzrə nəticələr, əldə olunan uğurlar və çətinliklər, layihəbenefisiarları üçün yeni imkanlar müzakirə olunacaq.Tədbir zamanı Azərbaycan Mikromaliyyə Assosiasiyasının İdarə Heyətinin Sədri cənab Cəlal Əliyevin,Azərbaycan Mikromaliyyə Assosiasiyasının icraçı direktoru xanım Jalə Hacıyevanın, AzərbaycanRespublikasının Kiçik və Orta biznesin inkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini cənabMehman Abbasın,Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları MilliKonfederasiyasının (ASK) Vitse-Prezidenti cənab Vüqar Zeynalovun, Azərbaycan Respublikası MilliMəclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü cənab Mahir Abbaszadənin, PolşaMikromaliyyə Mərkəzinin (MFC) məsuliyyətli maliyyə üzrə eksperti xanım Eva Bankovskanın iştiraklarıgözlənilir.10-cu Azərbaycan Mikromaliyyə Konfransını canlı yayımda izləmək üçün 25 fevral 2021-ci il saat 09:30-da www.facebook.com/AMFA.Azerbaijan qoşulmağa dəvət edirik!

Bu tədbirlə bağlı sualınız olarsa, əlaqə saxlayın:Sevinc Rüstəmova, layihə rəhbəri -program@amfa.az

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı