Partnyor vergi ödəyicilərinin sıraları genişlənir

Vergi ödəyiciləri ilə vergi orqanları arasında partnyorluq münasibətlərinin inkişaf etdirilməsi istiqamətində atılan addımlardan biri “Yaşıl dəhliz” prinsipidir. Prinsipin əsas məqsədi şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri üçün fərdi və sürətli xidmətlərin göstərilməsidir. Partnyor ödəyici statusuna malik olmaq üçün vergi ödəyiciləri bir sıra keyfiyyətlərə malik olmalıdırlar. Bu keyfiyyətlərə vergi hesabatlarının vaxtlı-vaxtında təqdim edilməsi, verginin tam həcmdə və vaxtında ödənilməsi, yazışmaların əsasən, elektron şəkildə aparılması və s. aiddir.

“Yaşıl dəhliz”ə həm Vergilər Nazirliyinin, həm də vergi ödəyicisinin təşəbbüsü ilə qoşulmaq mümkündür. Vergilər Nazirliyi xüsusi meyarlara cavab verən vergi ödəyicilərini müəyyən edir və onlara “Partnyor vergi ödəyicisi statusunun əldə edilməsi barədə” unikal koda malik bildiriş verir.

Qeyd edək ki, indiyədək partnyor vergi ödəyicisi statusunun alınması üçün 690 nəfər müraciət edib. Həmin şəxslərin məlumatları araşdırıldıqdan sonra 447 nəfərin elektron ünvanına “Partnyor vergi ödəyicisi statusunun əldə edilməsi barədə” bildiriş göndərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır