Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“PAŞA Bank” “Analytics Zone” təlim düşərgəsinə qeydiyyatı açıq elan edir - BBN

“PAŞA Bank” “Analytics Zone” təlim düşərgəsinə qeydiyyatı açıq elan edir

Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” ali təhsil müəssisələrinin sonuncu kurs bakalavr, magistr tələbələri, eləcə də 2022-ci və 2023-cü illərin universitet məzunları üçün “Analytics Zone” adlı təlim düşərgəsinin qeydiyyatına start verib.

“PASHA Bank Talent Academy” tərəfindən keçirilən təlim düşərgəsinin əsas məqsədi bank sektorunda karyera inkişafı arzulayan şəxsləri dəstəkləmək, eyni zamanda analitika üzrə mütəxəssislər yetişdirmək və bu dinamik sahəyə marağı artırmaqdır.

Bu proqram çərçivəsində “PAŞA Bank”ın ekspert təlimçiləri analitika sahəsindəki ən son alətlər, texnikalar və yenilikləri iştirakçılarla bölüşəcəklər. İştirakçılar 2 aylıq təlim proqramında “Anderraytinq”, “Kredit risklərinin idarə edilməsi”, “Kredit monitorinqi” və əlavə bir çox mövzu üzrə bilik və təcrübə qazanacaqlar. Təlimlərdə vacib qərarlar qəbul etmək, həmçinin biznesin böyüməsinə təkan vermək üçün məlumatları təhlil etmək və praktiki bacarıqlar qazanmaq mümkün olacaq.

Həmçinin təlim düşərgəsində aktiv iştirak edən və imtahanları uğurla başa vuran iştirakçılar arasında seçilmiş namizədlər “PAŞA Bank”da xüsusi hazırlanmış proqram üzrə işlə təmin olunma şansını əldə edəcəklər.

Müsabiqədə iştirak üçün bu linkə daxil olub qeydiyyatdan keçə bilərsiniz.

Related posts

Azərbaycanda ESG risklərinin maliyyə qərarlarına inteqrasiyası müzakirə olunub

Qlobal gərginlik Asiya bazarlarını sarsıdır: Cənubi Koreya birjası mart ayını itkilərlə bağlayır

Bayram fürsətləri AccessBank-da!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı