“PAŞA Bank” bir işçisinə aylıq 4000 manat xərc çəkir

“PAŞA Bank”-ın 2015-ci ildə işçilərə çəkdiyi xərc 21,84 mln. manat təşkil edib ki, bu da 2014-cü il ilə müqayisədə təqribən 2 dəfə çoxdur.

Bu haqda PAŞA Bankın mətbuat konfransında Bankın İdarə Heyətinin üzvü, Bankın Baş Maliyyə İnzibatçısı Xəyalə Nağıyeva bildirib.

Onun sözlərinə görə,  Bankın hər 3 ölkədəki əməkdaşlarının sayı 470 nəfərə yaxındır. Bu isə hər bir işçisinə ortalama olaraq aylıq təqribən  4 000 manat xərc çəkilməsi deməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır