PAŞA Bank-ın CEO-su: “Dələduzlar ilə mübarizədə banklar və əhali uzun illər birgə çalışmalı olacaqlar”

“İstər xaricdə, istərsə də ölkədə yaşayan dələduzlar şəxslərin məxfi məlumatlarını öyrənməyə cəhd edirlər. Təəssüflər olsun ki, bir çox hallarda əhali – fiziki şəxslər kiber riskləri düzgün qəbul etməyib, məxfi kart məlumatlarını paylaşıb dələduzlar üçün qapı açırlar. Bu istiqamətdə banklar ilə bərabər fiziki şəxslər də məlumatları tam məxfi saxlamağı özünə məqsəd bilib, mütəmadi olaraq onları qorumalıdırlar”. 

BBN.az xəbər verir ki, bu sözləri ölkənin aparıcı banklarından biri olan PAŞA Bank-ın İdarə heyətinin sədri və CEO-su Cavid Quliyev BBN.az-ınPAŞA Bank-ın kibertəhlükəsizlik üzrə investisiyalarının həcmi 6,5 milyon manatdan çox olub. Amma Daxili İşlər Nazirliyinin (DİN) açıqladığı rəqəmlərə əsasən vətəndaşlar CC rəqəmlərini dələduzlara asanlıqla verərək onların qurbanına çevrilirlər və onminlərlə manat vəsaitləri oğurlanır. Ölkənin aparıcı bankının CEO-su olaraq çağırışınız nə ola bilər?” sualına cavab olaraq bidirib. 

Onun sözlərinə əsasən rəhbərlik etdiyi bank korporativ olsa da, 850 000-dən çox kart portfeli var ki, dələduzlar ilə mübarizə onlar üçün də problem yaradan məsələdir:  “Bu, təkcə bank olaraq bizim investisiyalarımız ilə kifayətlənmir, əsasən bunu edirik ki, dələduzluq hallarını minimallaşdıraq. Düşünürəm ki, fiziki şəxslər ilə bərabər bu məlumatları qorumaq üçün davamlı təbliğat və maarifləndirmə işləri lazımdır. Dələduzlar ilə mübarizədə banklar və əhali uzun illər birgə çalışmalı olacaqlar”. 

Cavid Quliyev maarifləndirmə işlərindən bəhs edərkən Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə birgə aparılan maarifləndirmə tədbirlərinə, təbliğat videolarının çəkilməsinə də xüsusi vurğu edib.  

Related posts

Rabitəbankın komissiyasız nağd pul krediti üzrə kampaniyası davam edir

Türkiyədə Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

atb card debit kartlarının xidmət haqları üzrə tariflərdə yenilənmə

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı