Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“PAŞA Bank” IPO-ya çıxır – səhmlərin 5%-i bazara təqdim olunacaq - BBN

“PAŞA Bank” IPO-ya çıxır – səhmlərin 5%-i bazara təqdim olunacaq

“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklifi (IPO) çərçivəsində bankın səhmlərinin təxminən 5%-nin – 932 min 926 ədəd adlı səhmin bazara çıxarılması planlaşdırılır.

BBN.az xəbər verir ki, bu barədə Bankın İdarə Heyətinin üzvü, Baş maliyyə inzibatçısı Murad Süleymanov IPO-ya hazırlıq mərhələsinə dair keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, əvvəlki strukturda bir səhmin nominal dəyəri 33 min 300 manat olub. Hazırda isə səhmlərin xırdalanması (split) prosesi aparılır ki, nominal qiymət daha əlçatan səviyyəyə endirilsin. Məqsəd nominal dəyərin təxminən 20 manat ətrafında formalaşdırılmasıdır. Bu addım daha geniş investor kütləsinin prosesdə iştirakını təmin etməyə hesablanıb.

Murad Süleymanov qeyd edib ki, hazırda emissiya prospektinin yekunlaşdırılması, səhmlərin təklif qiyməti və digər şərtlərlə bağlı çərçivələrin formalaşdırılması istiqamətində işlər davam edir. Təklif qiyməti bazar şəraiti, investor maraqları, qiymətləndirmə nəticələri, beynəlxalq təcrübə və məsləhətçi qurumların tövsiyələri əsasında müəyyən ediləcək və növbəti mərhələdə ictimaiyyətə açıqlanacaq.

Baş maliyyə inzibatçısı vurğulayıb ki, əsas prioritet Azərbaycan vətəndaşlarıdır. Səhmlərin alınması “PAŞA Bank”, “PAŞA Kapital”, “BirBank”, “Birİnvest” platformaları, eləcə də digər investisiya şirkətlərinin mobil tətbiqləri vasitəsilə mümkün olacaq. Bundan əlavə, PAŞA Bank və Kapital Bank-ın filial şəbəkəsi üzərindən də satış həyata keçiriləcək.

Onun sözlərinə görə, satış strukturu elə qurulacaq ki, kiçik məbləğlərlə investisiya etmək mümkün olsun və səhmlərin iki-üç iri investorun əlində cəmləşməsinə yol verilməsin. Təqdim edilən 5%-lik səhm paketi yalnız Bakı Fond Birjası vasitəsilə yerli bazarda satışa çıxarılacaq.

Murad Süleymanov bildirib ki, IPO prosesində əsas məsləhətçi Gürcüstanın “TBC Capital” şirkətidir. Hazırda beynəlxalq məsləhətçilər və yerli komanda gündəlik əsasda əməkdaşlıq edir.

İPO nəticəsində cəlb ediləcək vəsait kredit portfelinin genişləndirilməsinə və bankın biznes istiqamətlərinin inkişafına yönəldiləcək. Bank rəsmisi qeyd edib ki, məqsəd maliyyə dayanıqlığını və rəqabət qabiliyyətini daha da gücləndirməkdir.

Planlara əsasən, IPO prosesinin may ayının ortalarına qədər yekunlaşdırılması nəzərdə tutulur. Bu halda yeni səhmdarlar 2025-ci ilin mənfəətindən dividend ödənişində iştirak edə biləcəklər.

Related posts

İcbari Sığorta Bürosu 4 yeni elektron xidməti istifadəyə verib

Nazirlər Kabineti gömrük rüsumları ilə bağlı qərara dəyişiklik edib

Azərbaycan Mərkəzi Bankı və Beynəlxalq Valyuta Fondu makroiqtisadi vəziyyəti müzakirə edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı