Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“PAŞA Bank İstedad Akademiyası” çərçivəsində “Analytics Zone” layihəsinin bağlanış mərasimi keçirilib - Foto - BBN

“PAŞA Bank İstedad Akademiyası” çərçivəsində “Analytics Zone” layihəsinin bağlanış mərasimi keçirilib – Foto

“PAŞA Bank İstedad Akademiyası” çərçivəsində həyata keçirilən “Analytics Zone” layihəsinin bağlanış mərasimi baş tutmuşdur.

Seçim mərhələlərindən uğurla keçən namizədlər 2 aylıq təlim sessiyalarında iştirak etmək hüququ qazanmışdılar. Bu müddət ərzində “PAŞA Bank” ekspertləri tərəfindən analitika sahəsində, həmçinin yumşaq bacarıqlar üzrə bir sıra mövzularda təlimlər keçirilmişdir.

Proqramın son mərhələsi olaraq, yekun imtahan və müsahibələrdən uğurla keçən iştirakçılar “PAŞA Bank”-da iş imkanı əldə ediblər. Digər iştirakçılar isə bankımızın namizəd bazasına əlavə olunmaqla yarana biləcək aktiv vakansiyalarımız üzrə dəyərləndiriləcəklər.

Sahə üzrə aidiyyəti şəxslərin də iştirak etdiyi səhər yeməyi formatında həyata keçirilən bağlanış mərasimində “PAŞA Bank” liderləri öz təcrübə və tövsiyələrini proqram iştirakçıları ilə paylaşıblar. Həmçinin, bağlanış mərasiminin bir hissəsi olaraq təlimçilər və iştirakçılar sonda sertifikatla təltif olunublar. Tədbirin sonunda iştirakçılara sual-cavab sessiyası təşkil olundu və iştirakçılar təlimlərlə bağlı öz fikirlərini bölüşdülər.

Qeyd edək ki, proqrama ümumi olaraq 1021 müraciət daxil olmuşdur. 161 nəfər test, 94 nəfər müsahibə mərhələsinə keçid etmiş və son olaraq 24 nəfər təlim sessiyalarında iştirak şansı qazanmışdır.

Bütün iştirakçıları təbrik edir və hər birinə uğurlar arzu edirik!

Related posts

AMB-nin departament rəhbəri: Bank sektorunda dayanıqlılığın artırılması prioritetdir – MÜSAHİBƏ

Azərbaycan Mərkəzi Bankı: Kredit reytinq agentlikləri kapital bazarlarının inkişafına təkan verəcək

Bakı Fond Birjasında “Yerli Kapital Bazarlarında Yeniliklər və Gələcək Əməkdaşlıq İmkanları” mövzusunda tədbir keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı