Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“PAŞA Bank” sənaye nümayəndələrinin iştirakı ilə növbəti dəyirmi masa təşkil edib - BBN

“PAŞA Bank” sənaye nümayəndələrinin iştirakı ilə növbəti dəyirmi masa təşkil edib

Ölkənin aparıcı korporativ bankı və bizneslərin etibarlı maliyyə tərəfdaşı olan “PAŞA Bank” növbəti dəfə sənaye nümayəndələrini dəyirmi masa ətrafında toplayıb. 21 noyabr tarixində baş tutan budəfəki tədbir “Qarabağ iqtisadi zonası: dayanıqlı gələcək üçün perspektivlər və imkanlar” mövzusuna həsr olunub.

Tədbir iştirakçılarını salamlayan “PAŞA Bank”ın idarə heyəti sədrinin müavini Bəhruz Nağıyev işğaldan azad edilmiş torpaqların iqtisadi perspektivindən və Bankın maliyyə əlçatanlığını təmin etmək istiqamətindəki fəaliyyətindən bəhs edərkən bildirib: “Biz, sosial məsuliyyətli korporativ vətəndaş olaraq azad edilmiş torpaqların bərpasına öz töhfəmizi vermək üçün investorlar və bizneslər, dövlət və özəl sektor arasında əlaqələndirici olmağa və mümkün dəstəyi göstərməyə hazırıq”.

”PAŞA Holdinq”in baş iqtisadçısı Elman Eminov, İqtisadi zonaların inkişafı agentliyinin idarə heyəti sədrinin müavini Elxan Şiriyev, “AGA Şirkətlər Qrupu”nun rəhbəri Aydın Dəmirçi, “Almet Holding” şirkətinin təsisçisi Şirin Camallı və “PAŞA Bank”ın korporativ və institusional bankçılıq departamentinin nümayəndləri tədbirdə çıxış edib. Tədbirin sonunda baş tutan sual-cavab sessiyası zamanı sahibkarları maraqlandıran bir sıra məqamlara aydınlıq gətirilib.

Qeyd edək ki, “PAŞA Bank” tərəfindən bu növ tədbirlərin keçirilməsində əsas məqsəd sektorlararası dialoqun yaradılmasına kömək etmək, sahələrarası əməkdaşlıqların qurulmasına zəmin yaratmaq, eləcə də sənayedə mövcud olan çağırışları, imkanları müzakirə edərək ən yaxşı təcrübələri nəzərdən keçirməkdir.

Related posts

Kapital Bank-ın sədrinə müavin təyin olundu

Birbank-ın Yığım hesabı ilə pulunuz hər gün gəlir gətirsin

Unibank sahibkarlar üçün mikro kredit kampaniyasını davam etdirir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı