Home » PAŞA Bank Şuşada regional filialın açılacağını elan etdi

PAŞA Bank Şuşada regional filialın açılacağını elan etdi

by bbnadm
0 rəy 1 baxış 1 dəqiqə oxuma

Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank, erməni işğalından azad edilmiş Şuşa şəhərində Bankın yeni filialını açmağa hazır olduğunu açıqladı. Müvafiq qərar PAŞA Bankın 2021-2023 dövrü üçün yeni İnkişaf Strategiyasında əksini tapacaqdır.

PAŞA Bankın İdarə Heyətinin sədri Taleh Kazımovun sözlərinə görə, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ölkəmizin müasir tarixində dönüş nöqtəsidir. Bu dövlət başçısının güclü siyasi iradəsi, Azərbaycan xalqının birliyi və ölkə Prezidentinə inamı sayəsində mümkün olmuşdur.

“Ölkəmizin hər bir vətəndaşı, hər bir vətənpərvər azərbaycanlı dövlət bayrağımızın azad edilmiş torpaqlarda yenidən dalğalanmasını bu illər ərzində səbirsizliklə gözləyirdi və bu sevincli an gəldi çatdı. Hər birimizi bu böyük qələbə münasibətilə təbrik edirəm! – T. Kazımov dedi. – İşğaldan azad edilmiş ərazilər kənd təsərrüfatı, qiymətli metalların hasilatı, nəqliyyat və logistika, turizm və otelçilik, İT və iqtisadiyyatın real sektorunun bir çox digər seqmentləri üzrə fəaliyyət sahələrində misilsiz iqtisadi potensiala malikdir. Şuşada PAŞA Bankın filialını açmaqla biz bütün təcrübə və biliklərimizi tətbiq etməklə dövlətin azad edilmiş ərazilərə yönəlmiş bütün təşəbbüslərinin və reinteqrasiyanın həyata keçirməsinə, eləcə də sahibkarlığın inkişafına və həm ölkə daxili, həm də xaricdəki tərəfdaşlarla əlaqələrin qurulmasında dəstək verməyə hazırıq.”, – deyə, PAŞA Bankının sədri vurğuladı.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.