Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
PAŞA Bank xarici bankdan pay almağı 2027–2029 strategiyasından sonra müzakirə edəcək - BBN

PAŞA Bank xarici bankdan pay almağı 2027–2029 strategiyasından sonra müzakirə edəcək

PAŞA Bank ASC-nin xarici ölkədə fəaliyyət göstərən banklardan pay alması məsələsi 2027–2029-cu illəri əhatə edən inkişaf strategiyasının formalaşdırılmasından sonra təsisçilər və Müşahidə Şurası ilə müzakirəyə çıxarılacaq.

BBN.az xəbər verir ki, bu barədə Murad Süleymanov – bankın İdarə Heyətinin üzvü və baş maliyyə inzibatçısı Report-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə konkret qərar mövcud deyil və bank əsas diqqətini yeni inkişaf strategiyasının hazırlanmasına yönəldib:

“Hazırda 2027–2029-cu illər üzrə inkişaf strategiyasının formalaşdırılması ilə məşğuluq. Bu kimi strateji qərarlara həmin mərhələdə baxılacaq. Gürcüstanda filialımız, Türkiyədə isə asılı müəssisəmiz fəaliyyət göstərir. Hələlik ölkədən kənar genişlənmə ilə bağlı yekun qərar qəbul olunmayıb”.

M.Süleymanov qeyd edib ki, bank hazırda öz üstünlüklərini və güclü tərəflərini analiz edir:

“Baxırıq ki, hansı sahələrdə daha güclüyük və bu üstünlüklərdən harada daha effektiv istifadə edə bilərik. Xarici bankdan pay almaq məsələsi strategiya formalaşdıqca müzakirə oluna bilər”.

O əlavə edib ki, 2027–2029-cu illəri əhatə edən inkişaf strategiyasının hazırlanmasının yaxın 6 ay ərzində tamamlanması gözlənilir.

Related posts

Hesablama Palatası: Büdcəyə bərpa edilən vəsait 93,9 milyon manat olub

BANK SEKTORUNDA “HESABAT” HƏYƏCANI: ABŞ-ın maliyyə nəhəngləri sınaq qarşısında!

ADB Azərbaycanda 2026-cı il üçün inflyasiya proqnozunu yüksəldib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı