“PAŞA Bank” yerli bazara “Tarifim” xidmətini təqdim edib – Video

Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” kiçik və orta sahibkarların gündəlik biznes fəaliyyətini asanlaşdıran “Tarifim” xidmətini təqdim edib.

Yeni xidmət ilə sahibkarlar “PAŞA Bank Biznes”platformasında onlara lazım olan xidmətləri seçərək, bizneslərinin ehtiyacı olan məbləğ və müddəti özləri təyin edirlər. Birdəfəlik ödəniş edərək, seçdikləri məbləğ çərçivəsində köçürmələr və valyuta mübadiləsini əlavə komissiya ödəmədən icra etmək imkanı əldə edirlər. Xidmətə daxil olan məhsullar müştərilər tərəfindən gündəlik ən çox istifadə olunan əməliyyatları əhatə edir. Bu əməliyyatlara hesabda olan pul vəsaitlərinin yerli və xarici valyuta ilə bankdan kənar köçürmələr və valyuta mübadiləsi daxildir.

Qeyd edək ki, “Tarifim” xidməti ilə biznes sahibləri endirimli tariflərdən faydalana və xərclərini optimallaşdıra bilərlər. Hazırkı bazar şəraitində bizneslər üçün həm öz xərclərini optimallaşdırmaq və əməliyyatlarını sadələşdirmək, həm də maliyyə məsələlərinin idarə edilməsinin effektivliyini artırmaq mühüm məqamlardandır. Bu baxımdan, “PAŞA Bank” tərəfindən hazırlanan “Tarifim” xidməti sahibkarların gündəlik biznes ehtiyaclarının təmin edilməsi üçün faydalı xidmətdir.

Xatırladaq ki, sahibkarlar tamamilə onlayn hesab açmaqla “Tarifim” xidmətinə qoşula bilərlər.

Tarifim xidmətindən yararlanmaq və öz tarifinizi yaratmaq üçün keçid edin: https://pshb.az/ferdi_tarifini_yarat

Related posts

Rabitəbankın komissiyasız nağd pul krediti üzrə kampaniyası davam edir

atb card debit kartlarının xidmət haqları üzrə tariflərdə yenilənmə

“Rəqəmsal transformasiya və fintex” mövzusunda praktiki təlim keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı